Sabah Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi keçiriləcək 

21:48 02.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılış mərasimi keçiriləcək.

Hafta.az xəbər verir ki, bu münasibətlə Azərbaycandan və MDB-yə üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iyunun 2-də Laçın şəhərinə səfər ediblər.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.